...

Luvr muzeyi bağlandı – İşçiləri etiraz edir

Dünya xəbərləri Materials 12 Yanvar 2026 17:07 (UTC +04:00)
Luvr muzeyi bağlandı – İşçiləri etiraz edir
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fransada Luvr muzeyinin əməkdaşları rəhbərliklə yaranmış fikir ayrılıqları fonunda növbəti dəfə tətil elan ediblər. Bu səbəbdən muzey bu gün ziyarətçiləri qəbul etməyəcək.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

“Əziz ziyarətçilər, tətil səbəbindən bu gün Luvr bağlıdır. Gün ərzində muzey kassasında bilet bron etmiş şəxslərə biletin ödənişi avtomatik qaytarılacaq, əlavə heç bir tədbir görməyə ehtiyac yoxdur”, – deyə Luvrun rəsmi saytında yerləşdirilən elanda bildirilir.

Məlumata görə, tətilin davam etdirilməsi barədə qərar muzeyin aparıcı həmkarlar ittifaqları tərəfindən 12 yanvar səhər keçirilən iclasda qəbul edilib. Onlar Mədəniyyət Nazirliyi və Luvr rəhbərliyi ilə mövcud problemlərin müzakirəsində əldə olunan irəliləyişi yetərsiz hesab ediblər.

Bu, əmək şəraitinin və muzeyin idarəetmə üsullarının yaxşılaşdırılmasını tələb edən, hazırkı administrasiyanın siyasəti ilə razılaşmadığını ifadə edən muzey əməkdaşlarının ardıcıl səkkizinci tətilidir. Beləliklə, Parisda çərşənbə axşamları Luvrun fəaliyyət göstərmədiyi nəzərə alınsa, muzey ən azı 14 yanvar tarixinədək ziyarətçilər üçün bağlı qalacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti