...

Ayda otellər tikiləcək

Dünya xəbərləri Materials 13 Yanvar 2026 14:14 (UTC +04:00)
Ayda otellər tikiləcək
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-də San-Fransiskodan olan startap - “GRU Space” Ayda ilk dəfə olaraq otellər tikməyi planlaşdırdığını elan edib. Plana əsasən artıq 2032-ci ildən etibarən həmin otellərə Yerdən turistlər göndəriləcək.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə şirkətin saytında məlumat yayılıb.

Şirkət məqsədlərini belə əsaslandırır ki, son illərdə yüklərin orbitə çıxarılmasının dəyəri “SpaceX” şirkətinin fəaliyyəti sayəsində əhəmiyyətli dərəcədə azalıb.

“GRU Space” şirkətinin gözləntilərinə əsasən, kosmosa yüklərin göndərilməsi bazarda artan rəqabət hesabına, o cümlədən “Blue Origin” şirkəti və digər ölkələrdə öz qaytarıla bilən raket layihələrini həyata keçirən çoxsaylı startaplar vasitəsilə daha da ucuzlaşacaq.

İlkin mərhələdə otellər turistlərlə birlikdə Ay səthinə çatdırılacaq; bunlar iki-dörd nəfər üçün nəzərdə tutulmuş şişirdilə bilən modul olacaq. Şirkətin iddiasına görə, ildə üç uçuşun həyata keçirilməsi şərti ilə hər turist üçün qiymət 416 min dollar təşkil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti