...

ABŞ-də qarlı və soyuq hava şəraiti elektrik enerjisi problemləri yaradıb

Dünya xəbərləri Materials 3 Fevral 2026 20:02 (UTC +04:00)
ABŞ-də qarlı və soyuq hava şəraiti elektrik enerjisi problemləri yaradıb
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-də uzun müddət davam edən soyuq hava şəraiti qaz və kömürlə işləyən generatorlar üçün yanacaq tədarükünü məhdudlaşdıraraq ölkədə elektrik enerjisi təchizatı ilə bağlı problemlər yaradıb.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Şəbəkə operatorlarının məlumatına görə, Orta Qərb və Orta Atlantik regionlarında ümumilikdə 67 milyon insanın elektrik enerjisi təchizatına cavabdeh olan "PJM Interconnection" bazar ertəsi günü 19,96 qiqavat (GVt) olan generasiya fasilələrinin çərşənbə axşamı 25,72 GVt səviyyəsinə yüksələcəyini proqnozlaşdırır.

Bu göstərici Bostondan Vaşinqtona qədər uzanan və təxminən iki həftədir davam edən soyuq hava şəraitinin ən pik nöqtəsi olan 22 yanvarda qeydə alınmış 26,1 GVt kəsintidən bir qədər aşağıdır.

PJM-in son yeddi günlük proqnozuna əsasən, elektrik enerjisi istehsalında fasilələrin həftə ərzində yüksək səviyyədə qalacağı gözlənilir.

Bu vəziyyət topdansatış bazarında qiymətlərə də təsir göstərir. Qazın real vaxt rejimində qiyməti çərşənbə axşamı səhəri müəyyən qədər yumşalma nümayiş etdirib. Pensilvaniyada Şərq qazının qiyməti bazar ertəsi günü 1 mmBTU üçün 5,69 dollardan çərşənbə axşamı 3,79 dollara enib.

Eyni zamanda, Pensilvaniya və Merilend ştatlarını əhatə edən bölgədə elektrik enerjisinin qiyməti bazar ertəsi 196 dollar olduğu halda, çərşənbə axşamı 113 dollara düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti