...

Tanınmış amerikalı repçi vəfat etdi

Dünya xəbərləri Materials 19 Fevral 2026 12:43 (UTC +04:00)
Tanınmış amerikalı repçi vəfat etdi
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Amerikalı repçi Lil Poppa (əsl adı Ceneries Mikel Uiler-red) 25 yaşında vəfat edib.

Trend bu barədə Amerika KİV-ə istinadən xəbər verir.

Hələlik repçinin ölüm səbəbi açıqlanmır. Müğənni sonuncu “Out of Town Bae” trekini təqdim etdikdən beş gün sonra dünyasını dəyişib. Onun mart ayında Nyu-Orleanda (Luiziana ştatı) konserti planlaşdırılmışdı.

Repçi ilə əməkdaşlıq edən “Great Day Records”un baş direktoru Kerolayn Dias sənətçinin ölümü ilə bağlı xəbəri "faciə" adlandırıb.

Lil Poppa 2018-ci ildə “Purple Hearts” albomunu buraxdıqdan sonra məşhurluq qazanıb. Musiqiçi karyerası ərzində ondan çox albom təqdim edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti