Bakı. Trend:
ABŞ hökuməti yerüstü canlılar və uçan naməlum obyektlər (UNO) haqqında sənədləri dərc etməyə başlayacaq.
Trend-in məlumatına görə, bu barədə Donald Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.
"Böyük marağı nəzərə alaraq, mən [ABŞ] müharibə nazirinə [Pit Heqsete], eləcə də bütün aidiyyəti nazirlik və agentliklərə yadplanetli və yerüstü olmayan həyat, naməlum anomal hadisələr və naməlum uçan obyektlərlə bağlı hökumət sənədlərinin, həmçinin bu çox mürəkkəb, lakin son dərəcə maraqlı və vacib mövzu ilə bağlı hər hansı digər məlumatların müəyyənləşdirilməsi və ictimaiyyətə açıqlanması prosesinə başlamağı tapşıracağam", - deyə o bildirib.