...

Azarkeş meydançaya daxil olub Messini yerə yıxdı

Dünya xəbərləri Materials 27 Fevral 2026 12:51 (UTC +04:00)
Azarkeş meydançaya daxil olub Messini yerə yıxdı
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Puerto-Rikoda Ekvadorun "İndependiente del Valle" və ABŞ-ın "Inter Miami" komandaları arasında keçirilən yoldaşlıq oyunu zamanı azarkeş meydançaya daxil olaraq ABŞ klubunun argentinalı hücumçusu Lionel Messini ot örtüyünün üzərinə yıxıb.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir

Məlumata görə, hadisə oyunun ikinci hissəsinin sonlarında baş verib. Azarkeş arxadan Messiyə yaxınlaşaraq onu qucaqlayıb və futbolçu ilə birlikdə qazona yıxılıb. Bundan sonra azarkeş argentinalı futbolçunun mühafizəçiləri tərəfindən meydançadan uzaqlaşdırılıb.

Görüş "Inter Miami" klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb. Messi 70-ci dəqiqədə penaltini dəqiq yerinə yetirərək komandasının qələbə qolunun müəllifi olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti