Bakı. Trend:
Amerikalı repçi Ye (əvvəllər Kanye West kimi tanınırdı) antisemit açıqlamaları ilə bağlı yaranmış siyasi qalmaqal fonunda Böyük Britaniyaya giriş qadağası ilə üzləşib.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Belə ki, o, 6 aprel tarixində Vest krallığa daxil olmaq üçün elektron giriş icazəsinə müraciət edib, lakin rəsmi şəxslər bu müraciəti bloklayıblar. Reperin iyul ayında Londonda keçiriləcək Wireless festivalında çıxış etməsi planlaşdırılırdı.
Məlumata görə, ilkin mərhələdə müraciət onlayn şəkildə təsdiqlənsə də, sonradan yenidən baxıldıqdan sonra geri götürülüb. Səbəb kimi onun Böyük Britaniyada olmasının ictimai rifaha töhfə verməyəcəyi göstərilib.
