...

ABŞ İranla müharibədə yeni nəsil ballistik raket ehtiyatını tükədib

Dünya xəbərləri Materials 14 Aprel 2026 17:47 (UTC +04:00)
ABŞ İranla müharibədə yeni nəsil ballistik raket ehtiyatını tükədib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Amerika Birləşmiş Ştatları İrana qarşı əməliyyatlarda yüksəkdəqiqlikli yeni nəsil “PrSM” ballistik raketləri ehtiyatını tamamilə tükədib.

Trend xəbər verir ki, bu barədə “Aviation Week” nəşri ABŞ ordusunun rəsmisi Cimmi Arterə istinadən məlumat yayıb.

“Hələ ötən ayın əvvəlində, İrana qarşı müharibənin başlanğıcında (bölgəyə) səfərbər olunmuş artilleriya bölməsi yüksək dəqiqlikli PrSM zərbəçi raketlərinin ehtiyatını tamamilə tükədib, bununla belə əlavə tədarüklər tezliklə yerinə yetiriləcək”, - məlumatda vurğulanır.

Qeyd olunur ki, ilk dəfə olaraq bu yeni-nəsil raketlərdən ABŞ İrana qarşı əməliyyatlarında istifadə edib. ABŞ hərbi arsenalında olan ATACSM raketlərini məhz daha uzaq mənzilli və daha yüksək dəqiqlikli bu raketlərlə əvəz etməyi planlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti