İran atəşkəsdən sonra ABŞ qüvvələrinə azı 10 dəfə hücum edib – general Keyn

Dünya xəbərləri Materials 5 May 2026 19:40 (UTC +04:00)
İran atəşkəsdən sonra ABŞ qüvvələrinə azı 10 dəfə hücum edib – general Keyn
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

8 aprel tarixli atəşkəs razılaşmasından sonra İran kommersiya gəmilərinə doqquz dəfə atəş açıb, iki konteyner gəmisini ələ keçirib və ABŞ qüvvələrinə 10 dəfə hücum edib.

Trend xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn Müharibə naziri Pit Heqsetlə birgə keçirdiyi mətbuat konfransında bildirib.

General Den Keyn bildirir ki, İran son yeddi həftə ərzində iqtisadiyyata zərbə vurmaq məqsədilə dəfələrlə kommersiya gəmiçiliyini təhdid edib və hücuma məruz qoyub.

Onun sözlərinə görə, İran qlobal təchizat zəncirini özü üçün bir silaha çevirir və bütün dünya iqtisadiyyatını öz əsarətinə almağa çalışır çalışır.

Keyn həmçinin bildirib ki, dünən İranın boğazda ABŞ qüvvələrinə qarşı raket, pilotsuz uçuş aparatları və kiçik qayıqlarla həyata keçirdiyi hücumlar ABŞ helikopterləri tərəfindən uğurla dəf edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti