Bakı. Trend:
"SpaceX" şirkətinin dünən kosmosa göndərilən "Cargo Dragon" yük kosmik gəmisi bazar günü Beynəlxalq Kosmik Stansiyaya (BKS) birləşəcək.
Trend-in məlumatına görə, bu barədə "NASA" xəbər verib.
Stansiya ilə birləşmə ABŞ Şərq sahilləri vaxtı ilə səhər saat 7:00-da planlaşdırılır. Kosmik gəmi stansiyanın ABŞ seqmentindəki "Harmony" modulunun irəli birləşmə portu ilə avtonom şəkildə birləşmə edəcək.
"CRS-34" missiyasının çerçivəsində o, stansiyaya təxminən 2,3 ton qida, eləcə də heyətinə onlarla elmi təcrübə aparmaq üçün avadanlıq və materiallar çatdıracaq.