Daşkənd. Trend
Rusiya və Özbəkistan arasında ikitərəfli əməkdaşlıq prinsipial olaraq yeni səviyyəyə yüksəlib.
Trend-in xüsusi müxbirinin çərşənbə günü verdiyi məlumata görə, bunu Rusiya hökumətinin sədri Mixail Mişustin 5-ci Daşkənd Beynəlxalq İnvestisiya Forumunun — TIIF 2026-nın açılışında bildirib.
“İkitərəfli əməkdaşlıq prinsipial olaraq yeni səviyyəyə yüksəlib, iqtisadi qarşılıqlı fəaliyyət genişlənir, sənaye kooperasiyası inkişaf edir, birbaşa regionlararası əlaqələr fəallaşır. Biz birlikdə ərzaq təhlükəsizliyini gücləndirməyə davam edirik. Məsələn, kənd təsərrüfatı məhsulları üzrə ticarət dövriyyəsi ilk dörd ayda ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 1,5 dəfə artıb”, — deyə o bildirib.
Mişustin vurğulayıb ki, Rusiya Özbəkistan iqtisadiyyatına aparıcı investorlar sırasında yer alır.
“Burada 3000-ə qədər Rusiya müəssisəsi fəaliyyət göstərir. Onlar ümumi dəyəri artıq 4 trilyon rublu keçən 150-yə yaxın iri investisiya layihəsi həyata keçirirlər. Əməkdaşlığımızın genişləndirilməsi üçün istiqamətlər çoxdur. Lakin ilk növbədə bu, energetikadır. Birgə qazma idarəetmə mərkəzi yaradılıb, ‘Orta Asiya–Mərkəz’ qaz kəmərinin yenidən qurulması üzrə genişmiqyaslı layihələr həyata keçirilir ki, bu da onun gücünü artıracaq. Yeni karbohidrogen yataqlarının işlənilməsi aparılır. Rusiya mühəndisləri Özbəkistanda ən böyük hidroelektrik stansiyalarının yaradılmasına dəstək göstərirlər”, — deyə Rusiya höının yaradılmasına dəstək göstərkumətinin sədri əlavə edib.
O qeyd edib ki, Rusiya biznesi Özbəkistanın demək olar ki, bütün ərazisində təmsil olunur.
“Biz ümumi səylərin nəticələrini görürük: yeni iş yerləri yaranır, tələbat olan məhsulların istehsalı artırılır. Rusiya hökuməti Özbəkistanla ticarət-iqtisadi əməkdaşlığın gücləndirilməsinə tam şəkildə köklənib”, — deyə Mişustin bildirib.
Qeyd edək ki, iyunun 16-da Özbəkistanın paytaxtında 5-ci yubiley Daşkənd Beynəlxalq İnvestisiya Forumu — TIIF 2026 işə başlayıb. Forum investorlar, dövlət qurumları və beynəlxalq maliyyə təşkilatları arasında dialoq üçün mühüm platformaya çevrilib.
Yubiley forumu təkcə əvvəlki uğurları möhkəmləndirməyi deyil,
həm də iştirakçıların coğrafiyasını genişləndirməyi, sahələr üzrə
ixtisaslaşmanı dərinləşdirməyi və tədbirlərin praktiki yönümünü
gücləndirməyi hədəfləyir. Bu gün TIIF beynəlxalq kapitalın etimad
göstəricisi və Özbəkistanın qlobal əlavə dəyər zəncirlərinə
inteqrasiyası üçün mühüm platforma hesab olunur.
