ABŞ Çindən robot idxalına qoyulan məhdudiyyətləri sərtləşdirəcək

Dünya xəbərləri Materials 24 İyun 2026 06:41 (UTC +04:00)
ABŞ Çindən robot idxalına qoyulan məhdudiyyətləri sərtləşdirəcək

Bakı. Trend:

ABŞ Ticarət Nazirliyi milli təhlükəsizlik sahəsində təhdidlər səbəbindən Çindən robototexnika idxalına yeni məhdudiyyətlər tətbiq etməyi planlaşdırır.

Bu barədə "Politico" qəzeti öz mənbələrinə istinadən xəbər verib.

Bilidirilib ki, ABŞ administrasiyası robotlaşdırılmış silahlar sahəsində silahlanma yarışının başlayacağını proqnozlaşdırır.

Məlumata görə, Ticarət Nazirliyi hazırda Çin hökuməti tərəfindən subsidiyalar alan Çinli robot istehsalçılarının məhsullarını qiymətləndirir. ABŞ administrasiyası bu sahədə Pekin hökumətinin dəstəyini milli təhlükəsizliyə təhdid kimi qiymətləndirir və hesab edir ki, “subsidiyalaşdırılmış Çin robotları ABŞ istehsalçıları rəqabət aparmaq üçün lazım olan istehsal miqyasına çatmadan dünya bazarlarını ələ keçirə bilər”.

Nəşrə danışan mənbələrin bildirdiyinə görə, ABŞ hakimiyyətinin fikrincə, süni intellekt texnologiyaları üçün çiplərlə yanaşı, robototexnika da Çinlə texnoloji rəqabətdə “növbəti döyüş meydanına” çevrilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti