Bakı. Trend:
ABŞ Ukraynaya Amerikanın Patriot hava hücumundan müdafiə sistemləri üçün raketlərin istehsalına icazə verməzdən əvvəl "çox ehtiyatlı" olmalıdır.
Bunu ABŞ Prezidenti Donald Tramp bildirib.
"Bu silahlar inanılmazdır. Kiməsə onların istehsalına icazə verməzdən əvvəl çox ehtiyatlı olmalıyıq. Bu texnologiyanı başqasına verirsiniz və bir gün onlar bunu sizə qarşı istifadə edə bilərlər", – deyə Tramp Kemp-Devid iqamətgahında mətbuat üçün açıq keçirilən Nazirlər Kabinetinin iclasında xəbərdarlıq edib.
Donald Tramp iyulun 8-də Ankarada keçirilən NATO sammitinin yekununda Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü zamanı Ukraynaya Patriot raketlərinin istehsalına icazə vermək niyyətində olduğunu açıqlamışdı.
Lakin cümə axşamı Financial Times qəzetinə müsahibəsində Kiyevə bu məsələdə razılıq verəcəyinə “əmin olmadığını” bildirib.
“Biz hələ razılıq verməmişik. Hazırda bunu müzakirə edirik”, – deyə Tramp cümə günü Nazirlər Kabinetinin iclasında vurğulayıb.
