Çin humanoid robot istehsalında dünya bazarına hökmranlıq edir

Dünya xəbərləri Materials 11 Avqust 2026 13:11 (UTC +04:00)
Çin humanoid robot istehsalında dünya bazarına hökmranlıq edir
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Çin humanoid robotlar üzrə dünya bazarının 97 faizindən çoxuna nəzarət edir və ABŞ-dəki rəqiblərini əhəmiyyətli dərəcədə qabaqlayıb.

Bu barədə “Bloomberg” agentliyi “Smart Analytics Global” şirkətinin məlumatlarına istinadən yazıb.

2026-cı ilin ilk yarısında dünyada təxminən 19,1 min humanoid robot tədarük edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən dörd dəfə çoxdur. Cari ilin yekununda tədarük həcminin təxminən 60 min ədədə, 2030-cu ilədək isə 500 min ədədə çatacağı gözlənilir.

Ən böyük istehsalçı Şanxayda yerləşən “Agibot” şirkəti olub. Şirkət altı ay ərzində təxminən 8,4 min robot tədarük edərək dünya bazarının 44 faizini tutub. Agibot bu göstərici ilə Xançjou şəhərində yerləşən və 5,9 min robot tədarük edən “Unitree Robotics” şirkətini geridə qoyub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti