Bakı. Trend:
Polşanın müdafiə nazirinin müavini Maqdalena Sobkovyak-Çarnetska ölkə ərazisində “Patriot” zenit-raket komplekslərinin (ZRK) istehsalı üzrə zavodun yerləşdirilməsini təklif edib.
Bu barədə şənbə günü "RMF FM" radiostansiyası məlumat yayıb.
“Biz belə bir təkliflə çıxış etmişik: əgər belə bir zavodun tikintisi Ukraynada planlaşdırılırsa, o zaman bunun əvəzinə zavod Polşada – “təhlükəsiz ərazi” adlandırılan yerdə yerləşdirilməlidir”, - deyə radiostansiya nazir müavininin sözlərini sitat gətirib.
Sobkovyak-Çarnetska əlavə edib ki, zavodun Polşa ərazisində yerləşdirilməsi ABŞ hakimiyyətinin Ukrayna ilə bağlı qərarından asılı deyil.