Hindistanda daşqınlar - 80-dən çox ölən var

Dünya xəbərləri Xəbər 28 Sentyabr 2026 13:34 (UTC +04:00)
Hindistanda daşqınlar - 80-dən çox ölən var
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Hindistanın Uttar-Pradeş ştatında güclü yağışlar və daşqınlar nəticəsində azı 81 nəfər ölüb.

TASS-ın məlumatına görə, bu barədə ştatın Fövqəladə Hallar İdarəsi jurnalistlərə məlumat verib.

Ən azı 62 nəfər xəsarət alıb. Üç gün davam edən leysan yağışları nəticəsində ştatın bir neçə rayonunda 1 mindən çox evə ziyan dəyib. Zərər çəkmiş rayonlarda, o cümlədən ştatın paytaxtı Laknau şəhərində bazar ertəsi məktəblər bağlanıb.

Xilasedicilər su basmış ərazilərdə yaşayan sakinləri təxliyə edirlər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti