Kiyevdə Nüvə Tədqiqatları İnstitutu dron hücumuna məruz qalıb

Dünya xəbərləri Xəbər 1 Oktyabr 2026 15:59 (UTC +04:00)
Kiyevdə Nüvə Tədqiqatları İnstitutu dron hücumuna məruz qalıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Ukraynanın paytaxtı Kiyevdə yerləşən Nüvə Tədqiqatları İnstitutunun ərazisinə PUA zərbəsi endirilib. Hücuma məruz qalan institutun ərazisində VVR-M tədqiqat reaktoru yerləşir.

Bu barədə Ukraynanın Nüvə Tənzimlənməsi üzrə Dövlət Müfəttişliyi məlumat yayıb.

Qurumun məlumatına görə, zərbə sentyabrın 30-da qeydə alınıb. Nəticədə yaranan yanğın operativ şəkildə söndürülüb, xəsarət alan olmayıb. Reaktor və təhlükəsizlik sistemləri zədələnməyib, radiasiya fonunda dəyişiklik qeydə alınmayıb.

Bildirilib ki, reaktor 2022-ci ilin fevralından fəaliyyət göstərmir və onun aktiv zonası tamamilə boşaldılıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti