Rumıniyaya pilotsuz uçuş aparatı düşüb

Dünya xəbərləri Xəbər 2 Oktyabr 2026 12:27 (UTC +04:00)
Rumıniyaya pilotsuz uçuş aparatı düşüb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Rumıniyanın Ukrayna ilə sərhəddə yerləşən ərazisinə naməlum pilotsuz uçuş aparatı (PUA) düşüb.

Bu barədə Rumıniyanın "Adevarul" nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, oktyabrın 2-nə keçən gecə Rumıniya Milli Müdafiə Nazirliyinin radar müşahidə sistemi ölkənin Tulça rayonunun şimal hissəsində, Rumıniya ilə su sərhədinin yaxınlığında Ukraynada obyekt və infrastruktura PUA-larla yeni hücumlar qeydə alıb.

Saat 05:00 radələrində Tulça rayonunun Rumıniyaya məxsus Plauru kəndində PUA-nın düşdüyü məlum olub. Nəticədə yanğın baş verib, lakin insanlar və obyektlər zərər görməyib. Yanğının söndürülməsi üçün hadisə yerinə Fövqəladə Hallar üzrə İnspektoratın və Müdafiə Nazirliyinin bölmələri göndərilib.

Qeyd edək ki, bundan əvvəl sentyabrın 24-də başqa bir PUA Rumıniya ərazisinə düşmüşdü.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti