ABŞ Yaxın Şərqə 3-cü aviadaşıyıcısını göndərdi

Dünya xəbərləri Xəbər 2 Oktyabr 2026 17:20 (UTC +04:00)
George H.W. Bush aviadaşıyıcısı
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

ABŞ Hərbi Dəniz Qüvvələrinin “USS Theodore Roosevelt” aviadaşıyıcı zərbəçi qrupu Yaxın Şərqə yola düşüb.

“Euronews” telekanalının ABŞ rəsmilərinə istinadən verdiyi məlumata görə, “Nimitz” sinfinə aid atom enerjili aviadaşıyıcı San-Dieqodan çıxaraq regionda İrana qarşı əməliyyatlar aparan digər iki ABŞ aviadaşıyıcısına qoşulacaq.

Zərbəçi qrupuna “USS Chosin” kreyseri, esmineslər və F-35C, F/A-18 “Super Hornet” qırıcıları ilə təchiz edilmiş 11-ci Hava Qanadı Aviadaşıyıcısı (Carrier Air Wing 11) daxildir.

Bundan əlavə, “USS Makin Island”ın rəhbərlik etdiyi desant gəmiləri qrupu da San-Dieqodan yola düşüb. Qrupun tərkibində 2 mindən çox dəniz piyadasından ibarət 13-cü Dəniz Piyadaları Ekspedisiya Bölməsi yerləşdirilib.

AP-nin hesablamalarına görə, yeni yerləşdirmələr Yaxın Şərqə əlavə 9-10 min ABŞ hərbçisinin göndərilməsi deməkdir. Onların noyabrın sonunadək bölgəyə çatması gözlənilir. Hazırda Yaxın Şərqdə ABŞ-nin 50 mindən çox hərbi qulluqçusu var.

Hazırda “USS George H.W. Bush” və “USS George Washington” aviadaşıyıcıları Ərəb dənizində fəaliyyət göstərir. “Theodore Roosevelt”in “George Washington”u əvəzləməsi planlaşdırılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti