Bakı.Trend:
ABŞ-də 2026-cı ildə təsdiqlənmiş qızılca hallarının sayı 3 887-yə çatıb ki, bu da 1991-ci ildən bəri ən yüksək göstəricidir.
TASS-ın məlumatına görə, bu barədə ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin (CDC) məlumatlarında bildirilir.
2026-cı ilin hələ tamamlanmayan dövrü üzrə göstərici artıq 2025-ci ilin yekun nəticəsini əhəmiyyətli dərəcədə üstələyib. Belə ki, ötən il ölkədə 2 289 qızılca halı qeydə alınıb. CDC 2024-cü ildə 285, 2023-cü ildə isə 59 halı təsdiqləyib. Sonuncu dəfə daha yüksək göstərici 1991-ci ildə qeydə alınıb – 9 643 hal.
2000-ci ildə ABŞ ərazisində qızılcanın bitdiyi elan olunmuşdu. Bu, xəstəliyin fasiləsiz ötürülməsinin ən azı 12 ay ərzində müşahidə edilməməsi demək idi. CDC bunu peyvəndləmə proqramı və ümumilikdə Şimali və Cənubi Amerika ölkələrində sanitar-epidemioloji nəzarətin yaxşılaşdırılması ilə əlaqələndirirdi. Davam edən epidemik alovlanmalar səbəbindən ABŞ 2026-cı ildə bu statusunu itirə bilər. CDC-nin 2024-2026-cı illərə dair məlumatları ilkin xarakter daşıyır və sonradan düzəliş edilə bilər.
