Belçika Ukraynaya 10 ədəd "F-16" qırıcısı ötürəcək

Dünya xəbərləri Xəbər 16 Oktyabr 2026 10:55 (UTC +04:00)
Belçika Ukraynaya 10 ədəd "F-16" qırıcısı ötürəcək
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Belçika 2026-cı ilin sonunadək Ukraynaya 10 ədəd "F-16" qırıcı təyyarəsi təhvil vermək niyyətindədir.

TASS-ın məlumatına görə, bu barədə Belçikanın Baş naziri Bart De Vever Brüsseldə keçirilən Aİ sammiti çərçivəsində Volodimir Zelenski ilə görüşünün yekunlarına dair açıqlamasında bildirib.

“Ukraynanın döyüş qabiliyyətinə malik qırıcı təyyarələrə ehtiyacı var və biz bu işə töhfə verə bilərik. Bu il 10 təyyarə təhvil verəcəyik”,-deyə bu barədə Zelenski bildirib.

Belçikanın Baş naziri hərbi texnikanın təhvil verilməsi qrafikinin ölkəyə F-16 qırıcılarını əvəz etməli olan ABŞ istehsalı "F-35" təyyarələrinin tədarükündəki gecikmələr səbəbindən dəyişdirildiyini qeyd edib.

Belçika 2024-cü ildə Ukraynaya ilk iki "F-16" qırıcısını təhvil verməyi, daha sonra isə istismarda olan digər təyyarələri mərhələli şəkildə göndərməyi vəd etmişdi.

2026-cı ilin iyununda Belçikanın müdafiə naziri Teo Franken 2026-cı ilin sonunadək Ukraynaya yeddi "F-16" qırıcısı təhvil vermək planlarının olduğunu açıqlamışdı. "F-35" təyyarələrinin tədarükündəki gecikmələr səbəbindən indiyədək "F-16"ların tədarükünə başlanılmayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti