Ermənistan və Türkiyə birbaşa ticarət imkanlarını müzakirə edib

Dünya xəbərləri Xəbər 16 Oktyabr 2026 18:34 (UTC +04:00)
Ermənistan və Türkiyə birbaşa ticarət imkanlarını müzakirə edib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan və Türkiyə birbaşa ticarət imkanlarını müzakirə edib.

"Armenpress"in məlumatına görə, bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan özünün “Facebook” səhifəsində paylaşım edib.

Məlumata görə, İrəvanda keçirilən COP17 çərçivəsində Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyanla Türkiyənin kənd təsərrüfatı və meşə təsərrüfatı naziri İbrahim Yumaklı arasında görüş olub.

"Ermənistan və Türkiyə arasında birbaşa ticarətin qurulması ilə açılan imkanları müzakirə etdik. Sanitar-baytarlıq nəzarətinə tabe olan malların daşınması və tranziti prosedurları məsələsinə toxunduq. Həmçinin qarşılıqlı maraq doğuran və iqtisadi gündəmlə bağlı bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi apardıq”, - deyə Gevorq Papoyan paylaşımında bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti