Efiopiyada PUA hücumu nəticəsində dörd nəfər həlak olub

Dünya xəbərləri Xəbər 21 Oktyabr 2026 21:52 (UTC +04:00)
airstrike

Bakı. Trend:

Efiopiyanın Tiqray ştatının cənubunda pilotsuz uçuş aparatının (PUA) zərbəsi nəticəsində ikisi uşaq olmaqla dörd nəfər həlak olub, daha beş nəfər yaralanıb. Həmin ərazidə federal ordu ilə üsyançılar arasında döyüşlər davam edir.

Bu barədə "Agence France-Presse" (AFP) agentliyi iki yerli sakinə istinadən məlumat yayıb.

Onların sözlərinə görə, zərbə oktyabrın 20-də axşam saatlarında ştatın inzibati mərkəzi Mekele şəhərindən təxminən 85 kilometr cənub-qərbdə yerləşən Finarva yaşayış məntəqəsinə endirilib.

“Pilotsuz uçuş aparatının zərbəsi keçiləri avtomobilə yükləyən tacirlərə tuş gəlib”, – deyə adının açıqlanmasını istəməyən yerli keşiş agentliyə bildirib.

Onun sözlərinə görə, ikisi uşaq olmaqla dörd nəfər hadisə yerində həlak olub.

“Mən şəxsən bütün həlak olanların cəsədlərini dəfn üçün kəfənə bükdüm”, – deyə o əlavə edib.

Başqa bir yerli sakin agentliyə ölənlərin sayını və hadisənin şərtlərini təsdiqləyib. O, təcili yardım maşınının olmaması səbəbindən yaralıları xəstəxanaya çatdırmağın çətin olduğunu bildirib. "AFP" qeyd edib ki, alınan məlumatı müstəqil şəkildə təsdiqləyə bilməyib. Efiopiya Federal Ordusunun sözçüsü hələlik agentliyin şərh istəyinə cavab verməyib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti