Bakı.Trend:
Avropanın yeni layihələrə pulu qalmayıb.
“Clash Report” nəşrinin məlumatına görə, bu sözləri Belçikanın Baş naziri Bart De Vever dilə gətirib.
“Almaniya deyir ki, onun pulu yoxdur. Əgər Almaniyanın pulu yoxdursa, sizi əmin edirəm ki, Belçikanın vəziyyəti bundan da çətindir”,- deyə o vurğulayıb.
O, xüsusilə Belçikanın öz büdcə vəziyyətinə diqqət çəkərək, ölkənin əlavə maliyyə öhdəlikləri götürmək imkanlarının məhdud olduğunu bildirib.
EFE-nin məlumatına görə, De Vever bundan əvvəl də Belçikada yeni iqtisadi dəstək tədbirləri üçün “pul olmadığını” açıq şəkildə bəyan etmişdi.
