...

Nyu-York birjası Avropa birjası ilə birləşir

Dünya xəbərləri Materials 5 İyun 2006 16:16 (UTC +04:00)

Nyu-York fond birjası Avropada ən böyük birja şirkətlərindən biri olan Euronext -i almaq haqqında razılığa gəldiyini və bunun dünyada birinci transatlantik fond birjasını yaratmağa imkan verəcəyini elan edib.

Trend agentliyi "BBC Russia"ya istinadən xəbər verir ki, beləliklə, 214 yaşı tamam olmuş Nyu-York fond birjasına Paris, Amsterdam, Brüssel və Lissabon fond birjaları, eləcə də Londonun LiFFe derivativlər birjası daxil olacaq.

Sövdənin məbləği 10 mlrd. dollar təşkil edib. Yeni şirkətin qiymətli kağızlar dövriyyəsi, ehtimallara görə, ayda 2 trln dolları keçəcək. Birləşmiş şirkətin bazar kapitallaşması təxminən 15 mlrd. avro (20 mlrd. doll.) təşkil edəcək. Lakin sövdəni səhmdarlar da bəyənməlidir.

Nyu-York fond birjası Avropada böyüklüyünə görə ikinci olan Euronext birjası ilə birləşməyi mayın 22-də təklif edib. Almanyianın Deutsche Boerse şirkəti də danışıqlar aparıb, lakin səhmdarlar bu təklifi rədd edib.

Almanlar iki dəfə müxtəlif variantlar irəli sürüb, ancaq səhmdarlar Amerikalıların təklifinə üstünlük verib. Bütün dünyadakı fond birjaları birləşməyə can atır. Bu, birjaların rəqabət qabiliyyətliyinin artırılmasına imkan verəcək.

Birləşmiş birjalar treyder, invekstor və səhm buraxan şirkətlər üçün cəlbedicidir, çünki bu yolla xərclər daha azdır.

Xəbər lenti

Xəbər lenti