...

İraqın baş naziri "Əl-Qaidə"nin İraq qanadının lideri A.M.az-Zarkavinin ölümünü təsdiqləyib

Dünya xəbərləri Materials 8 İyun 2006 16:37 (UTC +04:00)

İraqın baş naziri Nuri əl-Maliki "Əl-Qaidə"nin İraq qanadının lideri A.M.az-Zarkavinin Amerika hərbiçiləri tərəfindən həyata keçirilən hava hücumu zamanı öldürüldüyünü təsdiqləyib. Trend agentliyinin "RBK"ya istinadən yaydığı məlumata əsasən, Bağdaddan 50 km şimal-şərqdə keçirilən əməliyyat zamanı A.M.az-Zarkavinin 7 köməkçisi qətlə yetirilib. Baş nazirin sözlərinə görə, əməliyyat İraqın təhlükəsizlik xidmətinin verdiyi məlumata əsasən başlanıb.

N.əl-Maliki bu bəyanatı ABŞ-ın İraqdakı səfiri Zalmay Xəlilzad və Amerikanın İraqdakı komandanlığının rəhbəri, general Corc Keysinin iştirakı ilə keçirilən mətbuat konfransında edib.

Z.Xəlilzad qeyd edib ki, A.M.az-Zarkavinin qətli beynəlxalq terrorizmlə mübarizədə böyük uğurdur.

Mənşəcə İordaniyalı olan A.M.az-Zarkavi dünyanın ən təhlükəli terrorçularından biri hesab edilərək yalnız "Əl-Qaidə" lideri Üsamə Bin Ladendən geri qalıb. ABŞ A.M.az-Zarkavinin tutulmasına görə 25 mln dollar ödəməyə hazır idi.

Xəbər lenti

Xəbər lenti