...

Türkiyəli alim: Ermənistan minlərlə tarixi və mədəniyyət abidəsini məhv edir

Dünya xəbərləri Materials 22 İyun 2006 14:56 (UTC +04:00)

Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində minlərlə tarixi və mədəniyyət abidəsini məhv edib. Bu barədə, Trend agentliyinin "The Anatolian Times"a istinadən yaydığı məlumatına əsasən, Süleyman Dəmrəl Universitetinin Atatürk Prinsipləri və Türkiyə İnqlabının Tarixi kafedrasının professoru Senol Kantarci bəyan edib.

"Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə 500-dən çox tarixi və 100-dən çox memarlıq abidəsi olub. Bu ərazilərdə həmçinin 22 muzey, 4 rəsm qalereyası, 927 kitabxana, 808 klub və 10 əyləncəli park olub" - deyə deyə o, "The Anatolian Times"a eksklüziv müsahibəsində bildirib.

"Ermənilər bu tarixi və mədəniyyət abidələrini məhv etməklə insanlığa qarşı cinayət törədib. Adamlar heç vaxt bu mədəni soyqırımı unutmayacaq" - deyə Türkiyəli alim qeyd edib.

S.Kantarci deyib ki, ermənilər Azıx mağarasından hərbi məqsədlər üçün istifadə edib.

"Beynəlxalq ictimaiyyət Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına etinasızlıq göstərdi. Mən əminəm ki, gələcək nəsil bu abidələrin məhvi məsələsi ilə məşğul olmaq əvəzinə, erməni soyqımı haqqında əsassız bəyanatlar verənləri lənətləyəcək" - deyə S.Kantarci bildirib.

"The Anatolian Times" yazır ki, Azərbaycanın Türkiyədəki konsulu Həsən Sultanoğlu bəyan edib ki, ermənilər Azərbaycanın işğal olunmuş ərazilərində insanlığa qarşı ciddi cinayətlər törədir. "Onlar tarixi və mədəniyyət irsini talan edib. İndi onlar binaların yandırılmasına başlayab. Ermənistanın işğal etdiyi torpaqlarda hələ də səmaya tüstü qalxır. Onlar hətta bizim qəbirstanlıqlarımızı da dağıdır. Bütün bunlara son qoymaq üçün tədbirlər görmək lazımdır" - deyə azərbaycanlı diplomat vurğulayıb.

Xəbər lenti

Xəbər lenti