...

Türkiyə Livana humanitar uçuşlar üçün hava məkanını açmağa hazırdır

Dünya xəbərləri Materials 25 İyul 2006 11:25 (UTC +04:00)

Türkiyə hökuməti Livana humanitar hava dəhlizinin açılmasına müsbət yanaşır. Trend in Ankaradakı xüsusi müxbirinin məlumatına görə, Türkiyə XİN nümayəndəsinin bəyanatında deyilir ki, belə hava dəhlizinin açılması mümkündür və bu, ölkənin regionda balanslaşdırılmış siyasətinə zərər vurmayacaq.

Hazırda Türkiyə Livana humanitar yardım göstərən və dinc vətəndaşların evakuasiyasına kömək edən ən fəal ölkədir. Təkcə Mərsin limanı ilə Livandan dünyanın müxtəlif ölkələrinə 10 min vətəndaş göndərilib.

Türkiyə hümanitar tədbirlərdə fəal iştirak etməklə yanaşı, müxtəlif ölkələrin Livana göndərilməsini müzakirə etdiyi çoxmillətli sülhməramlı qüvvələrdə lider roluna mənfi münasibət bəsləyir.

Xəbər lenti

Xəbər lenti