Qori rayon məhkəməsi Qori polisində terror aktının üç təşkilatçısını bu gün ömürlük cəzaya məhkum edib. Məhkəmə tərəfindən məhkum edilmiş Qiya Valiyev, Qiya Zaseyev və İosif Koçiyev artıq Tbilisiyə çatdırılıb.
Trend in Gürcüstandakı xüsusi müxbirinin verdiyi xəbərə görə, hər üç şəxs gürcü huquq-mühafizə orqanlarının 17 iyul 2005-ci ildə Tsxinval bölgəsində keçirdiyi xüsusi əməliyyat zamanı həbs edilib. Qiya Valiyev, Qiya Zaseyev və İosif Koçiyev 1 fevral 2005-ci ildə Qoridə törədilmiş terror aktına görə ittiham olunublar. Şida Kartli ölkə polisinin binasının yanında avtomobil partladılıb. Terror aktı nəticəsində üç gürcü polisi həlak olub, təxminən 30 nəfər yaralanıb. Müqəssirlərin müdafiəsi birinci instansiya məhkəməsinin qərarına etiraz etmək və Tbilisi dairə məhkəməsinə apelyasiya şikayəti vermək niyyətindədir.