...

Yuşenko və Yanukoviç siyasi böhrandan çıxış yollarını müzakirə edəcək

Dünya xəbərləri Materials 31 İyul 2006 19:12 (UTC +04:00)

Regionlar Partiyasının lideri Viktor Yanukoviç Ukrayna prezidenti Viktor Yuşenko ilə görüşmək üçün onun katibliyinə gəlib. Bu barədə "İTAR-TASS"a katibliyin nümayəndəsi bildirib.

Trend "İTAR-TASS"a istinadən xəbər verir ki, nümayəndənin sözlərinə görə, tərəflər siyasi böhranın həlli, o cümlədən Yanukoviçin baş nazir vəzifəsinə namizədliyi ilə bağlı bir sıra məsələləri müzakirə etmək niyyətindədir.

Görüşdən əvvəl Yanukoviç jurnalistlərə deyib ki, koalisiya hansı formatda olmasından asılı olmayaraq, fəaliyyətində prezidentin fəaliyyət proqramını nəzərə almalıdır.

Eyni zamanda universal milli birlik layihəsinə toxunan Yanukoviç vurğulayıb ki, bir sıra məsələlərdə Regionlar Partyiası heç bir güzəştə getməyəcək. Onun sözlərinə görə, bu, Ukraynanın NATO-ya qoşulması və ölkədə rus dilindən istifadəyə aiddir. "Yeganə çıxış yolu referendumun keçirilməsidir. Siyasətçilər vəziyyəti gərginləşdirməməlidir" - deyə Yanukoviç qeyd edib.

Xəbər lenti

Xəbər lenti