...

Rusiya Federasiya Şurasının sədri Livana rus sülhməramlıları göndərilməsinin əleyhinədir

Dünya xəbərləri Materials 25 Avqust 2006 16:00 (UTC +04:00)

Rusiya Federasiya Şurasının sədri Sergey Mironov Cənubi Livana rusiyalı sülhməramlıların göndərilməsinin əleyhinədir. "Bu, mənim şəxsi mövqeyimdir", - deyə o vurğulayıb.

"Əgər söhbət münaqişə zonasında infrastrukturun, məsələn, yolların bərpasından gedirsə, o zaman mütəxəssislərimiz bu işə cəlb oluna bilər. Sülhməramlılara gəlincə isə, qoy Fransa və ya başqa ölkələrin hərbi kontingentindən istifadə olunsun", - deyə Tacikistanda səfərdə olan S.Mironov bildirib. Bu barədə Trend "Vzqlyad"a istinadən xəbər verir.

Xəbər lenti

Xəbər lenti