...

Avropa yenidənqurma və inkişaf bankı 2007-ci ildə Ukraynaya 1 mlrd. avroya qədər sərmayə qoymağa hazırdır

Dünya xəbərləri Materials 7 Oktyabr 2006 14:48 (UTC +04:00)

Avropa yenidənqurma və inkişaf bankı (AYİB) 2006-cı ildə Ukraynaya qoyduğu 750 mln. məbləğində sərmayəni 2007-ci ildə 1 mlrd. avroya qədər artırmağa hazırdır. Bu barədə AYİB prezidenti Jan Lemyer respublikaya səfərinin yekunları üzrə bu gün Kiyevdə bildirib. Söhbət energetika, nəqliyyat və digər sahələrdəki layihələrdən gedir.

Trend RBK-ya istinadən xəbər verir ki, AYİB layihələrin qrivna ilə kreditləşdirilməsi üçün vəsait cəlb etmək məqsədi ilə, Rusiyada etdiyi kimi, Ukraynada da öz istiqrazlarını buraxmaq ehtimalını gözdən keçirir. Bank həmçinin İPO-nun həyata keçirilməsində Ukrayna şirkətlərinə kömək etməyə də hazırdır. AYİB Ukrayna şirkətlərinin səhm kapitalındakı payını iki dəfə artırmaq niyyətindədir. Bank hələ Ukraynada hər hansı aktivlər satmağa hazırlaşmır.

"Ukrayna ölçüsünə görə bankımızın ikinci tərəfdaşı olub, birinci yerdə isə Rusiyadır", - deyə AYİB prezidenti bildirib.

Xəbər lenti

Xəbər lenti