...

İraqın Apellyasiya məhkəməsi 2007-ci il yanvar ayının ortalarına qədər S.Hüseynə qarşı çıxarılmış ölüm hökmünə baxacaq

Dünya xəbərləri Materials 7 Noyabr 2006 11:03 (UTC +04:00)

İraqın Apellyasiya məhkəməsi 2007-ci ilin yanvar ayının ortalarına qədər ölkənin keçmiş siyasi lideri Səddam Hüseynə qarşı çıxarılmış ölüm hökmü üzrə qərar çıxaracaq. Trend RBK-ya istinadən xəbər verir ki, bu barədə baş prokuror Caafar Mussavi bildirib.

Bundan əlavə, (C) Associated Press agentliyinin məlumatlarına görə, İraq prezidenti Cəlal Talabani və vitse-prezidentlər Tarik əl-Haşimi və Adil Abdul Mahdidən ibarət prezident şurası hələ yarım il bundan əvvəl qərara alıb ki, əgər S.Hüseynə qarşı ölüm hökmü çıxarılsa, apelyasiya məhkəməsi hökmə qarşı şikayət vermədiyi halda, şura bu sənədi qəbul edəcək.

Xəbər lenti

Xəbər lenti