...

RF DİN rəhbəri: "Kosovonun statusu zorla həll oluna bilməz"

Dünya xəbərləri Materials 16 Yanvar 2007 19:27 (UTC +04:00)

Kosovonun statusu barədə qərar Kosovo rəhbərliyi kimi Serb hakimiyyətini də razı salmalıdır. Bu barədə RF XİN-in rəhbəri Sergey Lavrov Moskvada xəbər verib.

"Bizim mövqeyimiz BMT-nin baş katibliyi tərəfindən təklif olunacaq Kosovonun necə adlandırılması və status alması ilə müəyyənləşmir, bu təklifə tərəflərin necə münasibət göstərəcəkləri ilə ölçülür. Kosovonun statusu məsələsi balanslaşdırılmalı və danışıqlar əsasında həll olunmalı və Kosovo rəhbərliyini olduğu kimi Belqradı da təmin etməlidir"-deyə S. Lavrov söyləyib.

O, vurğulayıb ki, buna görə Rusiya tərəfi buna əsaslanır və ötən ilin sentyabrında əlaqə qrupu çərçivəsində bu barədə razılaşıblar, bu barədə Trend RİA Novostiyə istinadən xəbərp verir.

"Kosovo statusu məsələsi zorla həll oluna bilməz"-deyə Lavrov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti