...

Ukrayna 2011-ci ilə xüsusi raket kompleksi işləyir

Dünya xəbərləri Materials 24 Yanvar 2007 20:40 (UTC +04:00)

Ukrayna 2011-ci ilə xüsusi raket kompleksi işləyir. Bu barədə Ukraynanın quru qoşunları komandanı Valeri Frolov Xmelnitski vilayətində təlimlərdən sonra 2007-ci il yanvarın 23-də xəbər verib. Ölkənin müdafiə nazirliyinin mətbuat xidməti məlumat verir. "Biz 2011-ci ildə vətən istehsalı olan xüsusi raket kompleksi əldə etməyi gözləyirik". Bu barədə Trend RBK-a istinadən xəbər verir.

"Lakin bu, kifayət qədər və ritmik maliyyələşmə şərtlərilə mümkündür"-deyə komandan söyləyib. O qeyd edib Ki, 2007-ci ilin büdcəsində son illər ərzində ilk dəfə raket qoşunlarının inkişafı üçün vəsaitlər nəzərdə tutulub.

V.Frolov həmçinin məlumat verib ki, "Toçka-U" Ukrayna kompleks bölmələri yaxın vaxtlarda Rusiyanın poliqonlarından birində təlim atışı keçirəcək. Onun sözlərinə görə, "Toçka-U" bir təlim batareyasının qiyməti 300 min dollara başa gələcək.

Xəbər lenti

Xəbər lenti