...

KXDR-dan nüvə planlarından tamamilə imtina etməsi tələb ediləcək

Dünya xəbərləri Materials 25 Yanvar 2007 10:25 (UTC +04:00)

Yaponiya, ABŞ və Cənubi Koreya altıtərəfli danışıqların fevralda keçiriləcək altıncı raundunda KXDR-dan nüvə proqramını tam dayandırmasını tələb edə bilər.

Yaponiyanın "Kiodo tsusin" informasiya agentliyi bildirir ki, bu barədə söhbət cümə axşamı Yaponiyanın xarici işlər naziri Taro Aso (Taro Aso) və onun Cənubi Koreyalı həmkarı Son Min Suna (Song Min-soon) ilə telefon danışığında olub.

"RİA Novosti" agentliyinə istinadən Trend bildirir ki, iki ölkənin xarici siyasət idarə rəhbərləri razılaşdırıblar ki, 2005-ci il 19 sentyabr tarixli birgə deklorasiyanın humanitar yardım və təhlükəsizlik təminatı üçün nüvə proqramından imtinanı nəzərdə tutan müddəalarının yerinə yetirilməsini KXDR-dan tələb etməkdə davam edəcəklər.

Eyni zamanda telefon danışığı zamanı hər iki tərəf etiraf edib ki, yanvarın ortalarında Berlində ABŞ və KXDR nümayəndələri arasında keçirilən görüşdə "müəyyən irəliləyiş" əldə edilib. Xatırladaq ki, söhbət Son Min Sunun Pekinə səfəri ərəfəsində baş tutub, orada da altıtərəfli danışıqların bərpası ilə bağlı məsələnin müzakirəsi nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti