...

Bolqar həkimlərin həyatı ekranlaşdırılacaq

Dünya xəbərləri Materials 7 Avqust 2007 12:21 (UTC +04:00)

Fransa, Strasburq, / Trend müxbir A.Məhərrəmli/ Hollivudun "Siks Sens Prodakşn" (Six Sense Productions) prodüsser şirkəti iki həftədir azadlığa çıxmış bolqar həkim və tibb bacılarından başlarına gələn faciəni ekranlaşdırmaq hüququnu əldə edib.

Xatırladaq ki, 1999-cu ildə Liviyanın Benqazi xəstəxanasında 460 uşağı qəsdən QİÇS virusuna yoluxdurmaqda ittiham olunan bolqar həkimlər  Liviya məhkəməsi tərəfindən əvvəlcə ölüm hökmünə məhkum edilib, sonradan  cəzaları  ömürlük həbslə əvəzlənib. Səkkiz il ərzində Liviya məhbəslərində qeyri- insani rəftara məruz qalan bolqar həkimlər iyulun 24-də beynəlxalq aləmin təzyiqi ilə azadlığa çıxıblar. 

Yuxarıda sözügedən prodüsser şirkəti də onların bu illər ərzində yaşadıqlarını, çəkdikləri iztirabları əks etdirən ekran əsəri yaratmaq niyyətindədir. Prodüsser şirkətindən verilən məlumata görə, tanınmış kinoaktyorların yer alacağı və "Benqazidən gələn altı adam " adlanacaq film yalnız bolqarların deyil, həmçinin dünyanın diqqətini çəkəcək və düşündürəcək bir insani əhvalatı əks etdirəcək.

"Bununla dünya həqiqəti biləcək. O, həqiqəti görməlidir. Bu cür hadisə hər gün baş vermir". Bu sözləri isə tibb bacılarından birinin həyat yoldaşı Zdravko Georgiev  (Dr Zdravko Georgiev) deyib.

Virusa yoluxmuş Benqazi uşaqlarından da bəhs edəcək filmin ssenari müəllifi və rejissoru hələ məlum deyil.

Xəbər lenti

Xəbər lenti