...

Kiyevdə dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsi anılıb (FOTO)

Mədəniyyət Materials 13 İyun 2018 18:08 (UTC +04:00)
Kiyevdə dünya şöhrətli müğənni və bəstəkar, SSRİ-nin və Azərbaycanın Xalq Artisti Müslüm Maqomayevin xatirəsi anılıb.
Kiyevdə dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsi anılıb (FOTO)

Bakı. Trend:

Azərbaycanın Ukraynadakı səfirliyinin təşkilatçılığı və təşəbbüsü ilə dünya şöhrətli müğənni və bəstəkar, SSRİ-nin və Azərbaycanın Xalq Artisti Müslüm Maqomayevin xatirəsinə həsr edilən musiqili gecə Kiyevin ən məşhur mədəniyyət ocağında – Ukrayna Milli Akademiyasının Opera Teatrında keçirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, xarici ölkələrin Ukraynadakı diplomatik korpus rəhbərləri, ictimai xadimlər, mədəniyyət xadimləri və KİV nümayəndələrinin qatıldığı musiqili gecədə çıxış edən Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev bildirib ki, Müslüm Maqomayev parlaq yaradıcılığı ilə Ukraynada milyonlarla tamaşaçı qəlbini fəth edib.

Diplomat deyib ki, Müslüm Maqomayevin Azərbaycan xalqı qarşısında xidmətləri əvəzsizdir. Bu pərəstişə layiq şəxsiyyətin qoyub getdiyi çoxsaylı əsərlər bu gün dünya səhnələrində səsləndirilir. Bu cür tədbirlər onu sevənlərə həm də bir hədiyyədir.

M.Maqomayevin yaradıcılığından danışan Ukrayna Milli Akademiyasının Opera Teatrının direktorunun müavini Oksana Koqut bildirib ki, onu bütün dünyada tanıyır və sevirdilər. Çox zəhmətsevər, qayğıkeş, təvazökar insan olan M.Maqomayev neçə-neçə istedadlı musiqiçi nəsli yetişdirib.

Sonra Ukraynanın tanınmış incəsənət xadimləri səhnəyə çıxıb və M.Maqomayevin repertuarından onlarla mahnı ifa ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti