...

BNA tanınmış reperə vəzifə verilməsi məsələsinə aydınlıq gətirdi

Gündəm Materials 20 Aprel 2021 12:53 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Bakı Nəqliyyat Agentliyi tanınmış reperə vəzifə verilməsi ilə bağlı məsələyə aydınlıq gətirib.

Agentliyin Mətbuat katibi Mais Ağayev Trend-ə açıqlamasında faktı təstiqləyib.

O bildirib ki, Fərid Eminov Bakı Nəqliyyat Agentliyində Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit (SƏTƏM) üzrə baş mühəndis vəzifəsində çalışır: "Hər bir əməkdaş kimi Fərid bəylə də işə qəbul zamanı müvafiq müsahibə aparılıb. Onun çalışdığı sahə üzrə bilik və bacarıqları müvafiq qaydada yoxlanılıb".

Xəbər lenti

Xəbər lenti