...

Türkiyə və İran iqtisadi əlaqələri inkişaf etdirmək niyyətindədir - Çavuşoğlu

Gündəm Materials 8 Mart 2023 15:39 (UTC +04:00)
Türkiyə və İran iqtisadi əlaqələri inkişaf etdirmək niyyətindədir - Çavuşoğlu
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə və İran iqtisadi sahələrdə, o cümlədən, enerji sahəsində əlaqələri daha da genişləndirmək niyyətindədir.

Trend xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün Türkiyədə iranlı həmkarı Hüseyn Əmir Abdullahianla birgə mətbuat konfransında deyib.

M.Çavuşoğlunun sözlərinə görə, bu gün iki ölkənin iqtisadi əlaqələrin inkişaf etdirilməsi, preferensial ticarətə yenidən baxılması, iki ölkənin ticarəti qarşısında duran problemlərin aradan qaldırılması, investisiya yatıran iki ölkə şirkətləri ilə əlaqədar məsələlər haqda danışıqlar aparılıb.

Çavuşoğlu qeyd edib ki, iki ölkə arasında maraq doğuran sahələrdən biri də enerji sahəsidir və bu sahədə əlaqələri daha da genişləndirmək istəyirik. Təxminən 2 ay İrandan Türkiyəyə ixrac olunan qazın həcmində müəyyən azalma qeydə alınmışdı. Hazırda İrandan qaz idxalı normal vəziyyətdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti