Nələri işıqlandırıram
İranın iqtisadi həyatı, enerji və neft-qaz sektoru, biznes və investisiya mühiti, dövlətin iqtisadi siyasəti, maliyyə bazarları və bank sektoru, həmçinin iqtisadi məsələlər üzrə İran rəsmiləri ilə müsahibələr.
Elnur Bağışov Trend agentliyinin İran iqtisadiyyatı üzrə ixtisaslaşmış jurnalistidir. Əsasən İranın iqtisadi həyatını, biznes mühitini, enerji sektorunu, maliyyə göstəricilərini və bank statistikasını işıqlandırır. Operativ iqtisadi xəbərlərin hazırlanması və iqtisadi proseslərin peşəkar təqdimatı onun əsas fəaliyyət istiqamətlərinə daxildir.
Enerji sektoru, biznes mühiti və iqtisadi göstəricilərlə bağlı materiallar hazırlayır, iqtisadi proseslər üzrə İran rəsmiləri ilə müsahibələr aparır. İranın iqtisadi həyatı, enerji sektoru, investisiya layihələri və biznes mühiti ilə bağlı çoxsaylı xəbər və analitik materialların müəllifidir. Yazıları müxtəlif informasiya platformalarında istinadla yayımlanır.
İranın İmam Xomeyni Beynəlxalq Universitetinin fars dili və ədəbiyyatı üzrə bakalavr, Əllamə Tabatabai Universitetinin isə həmin ixtisas üzrə magistr məzunudur. Ana dili Azərbaycan dilidir, fars dilini mükəmməl bilir.
Mövzular və ekspertiza
- İran iqtisadiyyatı
- İqtisadi jurnalistika
- Enerji və neft-qaz sektoru
- Makroiqtisadi proseslər
- Biznes və investisiya mühiti
- Dövlətin iqtisadi siyasəti
- Maliyyə bazarları
- Bank sektoru
Təhsil
- İmam Xomeyni Beynəlxalq Universiteti
- Əllamə Tabatabai Universiteti