Bakı.Trend:
Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampın Ukraynada müharibəyə son qoymaq və Rusiya-ABŞ münasibətlərini bərpa etmək istədiyinə qəti əmin olduğunu bildirib. O, amerikalı həmkarının münaqişənin sülh yolu ilə həllində və iki ölkə arasında dialoqun normallaşdırılmasında səmimi maraqlı olduğunu vurğulayıb.
"OSN Media"nın yazdığına görə, bu barədə o, noyabrın 19-da Çinin Şençjen şəhərində keçirilən APEC sammiti çərçivəsində baş tutan diplomatik təmasların yekunlarına dair danışarkən bildirib.
Çin Xalq Respublikasının Sədri Si Cinpinin iştirakı ilə keçirilən tarixi üçtərəfli görüşdən əvvəl Putin və Tramp arasında 40 dəqiqəlik təkbətək görüş olub. Üçtərəfli görüş sülh haqqında birgə bəyannamənin qəbulu ilə başa çatıb.
Təkbətək görüş zamanı tərəflər Şərqi Avropadakı böhranın nizamlanması yollarını və Rusiya-ABŞ münasibətlərinin konstruktiv məcraya qaytarılması perspektivlərini müzakirə ediblər. Putin bu təması müsbət və gözlənilmədən uğurlu addım kimi qiymətləndirib.
