Altı mövsümdə “Yüksəliş” müsabiqəsinin 136 qalibi olub

Cəmiyyət Xəbər 19 Noyabr 2026 10:27 (UTC +04:00)
Altı mövsümdə “Yüksəliş” müsabiqəsinin 136 qalibi olub
Firayə Nurizadə
Firayə Nurizadə
Müxbir Bütün xəbərlər

Bakı. Trend:

“Yüksəliş” müsabiqəsinin ötən altı mövsümündə 47 070 nəfər iştirak edib, 136 nəfər qalib olub.

Müsabiqənin İşçi Qrupundan Trend-ə verilən məlumata görə, altıncı mövsümdə qeydiyyatdan keçənlərin sayı rekord həddə çataraq 17 651 nəfər olub. Müsabiqənin Kadr Bankında müxtəlif sahələri təmsil edən 4 500-dən çox mütəxəssisin profili yer alır.

Müsabiqənin qalibləri dövlət və özəl sektor rəhbərləri ilə birillik mentorluq proqramında iştirak etmək və fərdi inkişaf üçün 20 min manat pul mükafatı almaq imkanı qazanırlar.

Qaliblərin mentor kimi çıxış etdiyi Tələbə Mentorluq Proqramında üç mövsüm ərzində 221 tələbə iştirak edib. Onlardan 35-i iş təklifi alıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin 16 noyabr 2026-cı il tarixli Sərəncamına əsasən, yeddinci “Yüksəliş” müsabiqəsi 2027-ci ildə keçiriləcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti