Bakı.Trend:
Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyanın noyabrın 18-nə Moskvaya planlaşdırılan səfəri ləğv edilib.
Bu barədə TASS Papoyanın açıqlanamasına istinadən məlumat yayıb.
Onun sözlərinə görə, iki iştirakçının son anda görüşdə iştirak edə bilməməsi səbəbindən nazirlər səviyyəsində görüş baş tutmayacaq.
“Bu səbəbdən səfərin nazirlər səviyyəsində keçirilməsindən imtina etmək qərarına gəldik. Bunun əvəzinə artıq Moskvada olan nazir müavinləri bu görüşü keçirəcəklər”, – deyə Ermənistanın iqtisadiyyat naziri bildirib.
Qeyd edək ki, noyabrın 17-də Ermənistanın Baş naziri Nikol Paşinyan Papoyanın Avrasiya İqtisadi İttifaqının ticarət siyasəti məsələləri üzrə məsləhətləşmələr aparmaq üçün Moskvaya ezam olunması barədə sərəncam imzalayıb.
