Təhsilini yarımçıq qoyub əsgər gedəcək – Hansı tələbələrə möhlət verilmir?

Cəmiyyət Xəbər 17 Noyabr 2026 16:41 (UTC +04:00)
Təhsilini yarımçıq qoyub əsgər gedəcək – Hansı tələbələrə möhlət verilmir?
Firayə Nurizadə
Firayə Nurizadə
Müxbir Bütün xəbərlər

Bakı. Trend:

Distant, onlayn və hibrid təhsil alan şəxslərin hərbi xidmətə çağırılması ilə bağlı dəyişiklik nəzərdə tutulmur.

Trend-in müxbiri xəbər verir ki, bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini general-mayor Azər Məmmədov vətəndaş cəmiyyəti institutlarının nümayəndələri ilə görüşdə deyib.

O bildirib ki, qanunvericiliyə əsasən, təhsilə görə hərbi xidmətə çağırışdan möhlət yalnız əyani təhsil alan tələbələrə verilir. Qiyabi, distant, onlayn və hibrid təhsil alanlar üçün isə belə möhlət nəzərdə tutulmur.

“Bu şəxslər hərbi xidmətə çağırış yaşına çatdıqda təhsillərini müvəqqəti donduraraq hərbi xidmətə gedib, xidməti başa vurduqdan sonra isə təhsillərini davam etdirə bilərlər”, – deyə Azər Məmmədov qeyd edib.

Qeyd edək ki, mövcud qanunvericiliyə görə, təhsilə görə hərbi xidmətə çağırışdan möhlət hüququ əyani təhsil alan şəxslərə şamil olunur.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti