Azərbaycan millisi ilin son oyununda Andorranı məğlub edib

İdman Xəbər 16 Noyabr 2026 23:52 (UTC +04:00)
Azərbaycan millisi ilin son oyununda Andorranı məğlub edib

Bakı. Trend:

Futbol üzrə Azərbaycan milli komandası beynəlxalq yoldaşlıq görüşü keçirib.

Ayxan Abbasovun rəhbərlik etdiyi yığma ilin son matçında səfərdə Andorra komandası ilə qarşılaşıb.

Enkamp şəhərində oynanılan görüş Azərbaycan millisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Yığmamızın heyətində qolları Eşqin Əhmədov, Musa Qurbanlı və Toral Bayramov (penalti) vurublar. Rəqibin heyətində isə İzan Fernandes fərqlənib.

Qeyd edək ki, bu, milli komandanın 2026-cı ildə son oyunu olub. Yığmanın kapitanı Emin Mahmudov bu görüşlə birlikdə Azərbaycan millisindəki karyerasını başa vurub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti