Kuşner Ukraynadakı münaqişənin həllində irəliləyiş olduğunu açıqlayıb

Dünya xəbərləri Xəbər 16 Noyabr 2026 23:44 (UTC +04:00)
Kuşner Ukraynadakı münaqişənin həllində irəliləyiş olduğunu açıqlayıb

Bakı. Trend:

Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı danışıqlarda irəliləyiş əldə olunur.

Bunu ABŞ prezidentinin xüsusi nümayəndəsi və kürəkəni Cared Kuşner "X" sosil şəbəkəsində yazıb.

O qeyd edib ki, Rusiya, ABŞ, Ukrayna və Avropa Ukrayna münaqişəsinin başa çatmasına, həmçinin “Avropanın təhlükəsizliyinin gücləndirilməsinə və davamlı sülhün əsasının qoyulmasına” imkan verəcək nəticəyə nail olmaq istiqamətində irəliləyiş əldə edirlər.

Kuşner əlavə edib ki, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffla birlikdə Ukrayna üçün təhlükəsizlik təminatları, ölkənin Aİ-yə üzvlüyü və iqtisadiyyatının bərpası planı üzərində işləyir.

O, həmçinin “NATO-nun Avropanın təhlükəsizliyinin ən mühüm dayağı olaraq qalacağını” vurğulayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti