Azərbaycanda depozitlərin dollarlaşma səviyyəsi azalıb

İqtisadiyyat Xəbər 16 Noyabr 2026 10:26 (UTC +04:00)
Azərbaycanda depozitlərin dollarlaşma səviyyəsi azalıb
Sadiq Cavadov
Sadiq Cavadov
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda maliyyə sektoru istisna olmaqla depozit portfeli 12,1 faiz artaraq 42,4 milyard manata çatıb.

Bu barədə Mərkəzi Bankın "Pul siyasəti icmalı"nda bildirilib.

Hesabat dövründə müddətli depozitlərin həcmi 15 faiz artaraq 18,4 milyard manata, cari depozitlərin həcmi isə 10 faiz artaraq 24 milyard manata yüksəlib.

Sentyabrın sonuna hüquqi şəxslərin ümumi depozitləri ötən ilin sonu ilə müqayisədə 11,9 faiz artaraq 23,5 milyard manat təşkil edib. Bu depozitlərin 71,7 faizini cari hesablar, 28,3 faizini isə müddətli depozitlər təşkil edib.

Fiziki şəxslərin ümumi depozitləri isə 12,3 faiz artaraq 18,8 milyard manata çatıb. Onların depozitlərində cari hesabların payı 37,7 faiz, müddətli depozitlərin payı isə 62,3 faiz olub.

Hesabat dövründə depozitlərin dollarlaşma səviyyəsinin azalması da davam edib. Belə ki, sentyabrın sonunda manatla depozitlərin həcmi 28,1 milyard manat, xarici valyutada depozitlərin həcmi isə 14,3 milyard manat ekvivalentində olub.

Fiziki şəxslərin əmanətlərində dollarlaşma səviyyəsi 2,7 faiz bəndi azalaraq 28,1 faizə, rezident fiziki şəxslər üzrə isə 2,3 faiz bəndi azalaraq 25,7 faizə enib.

Qeyd edək ki, 2026-cı ilin sentyabr ayında fiziki şəxslərin yeni cəlb olunmuş əmanətləri üzrə orta faiz dərəcəsi manatla 8,9 faiz, xarici valyutada isə 3,3 faiz təşkil edib. Hüquqi şəxslərin yeni cəlb olunmuş depozitləri üzrə faiz dərəcələri müvafiq olaraq 6,9 faiz və 4,2 faiz olub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti