Bakı. Trend:
İndoneziyanın Qərbi Yava əyalətində baş verən güclü tufan və qasırğalar nəticəsində 496 bina, o cümlədən yaşayış evləri, mağazalar və ictimai obyektlər zərər görüb.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, təbii fəlakət noyabrın 13-14-də əyalətin bir neçə rayonunu əhatə edib.
Ümumilikdə, 336 yaşayış evinə ziyan dəyib, onlardan 63-ü ciddi dağıntıya məruz qalıb.
Ən ağır fəsadlar Qərbi Bandunq dairəsində qeydə alınıb. Burada 195 ev zərər görüb.
Bandunq dairəsinin rəhbərliyi tərəfindən fövqəladə vəziyyət elan edilib. Həmçinin evləri ciddi zərər görən sakinlərə yardım göstəriləcəyi bildirilib.
