Paşinyan gələn ay 3 dəfə Rusiyaya səfər edəcək

Dünya xəbərləri Xəbər 14 Noyabr 2026 10:14 (UTC +04:00)
Paşinyan gələn ay 3 dəfə Rusiyaya səfər edəcək
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Ermənistanın Baş naziri Nikol Paşinyan dekabr ayında Rusiyaya üç işgüzar səfər etməyi planlaşdırır.

"News.Am" portalının məlumatına görə, bu barədə o, Dublin Beynəlxalq və Avropa Məsələləri İnstitutunda çıxışı zamanı bildirib

“Dekabr ayında Rusiyada üç dəfə olacağam, üç səfər edəcəyəm: dekabrın 3-də, 11-də və 22-də danışıqlar aparmaq üçün Rusiyaya səfər edəcəyəm”, – deyə Paşinyan bildirib.

O, İrəvanın Moskva ilə münasibətlərdə dostluq mühitini qoruyub saxlaya biləcəyinə ümidvar olduğunu ifadə edib.

Noyabrın əvvəlində Ermənistanın Baş naziri ölkəsinin Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmaq niyyətində olmadığını, lakin 2027-2028-ci illərdə Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı müraciət etməyi planlaşdırdığını açıqlayıb. Hakimiyyət referendumun keçirilməsi üçün zəruri prosedurlara hazırlığa başlayıb.

O, hakimiyyətin səsvermə zamanı vətəndaşlara alternativlər təklif etmək niyyətində olduğunu bir daha bəyan edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti